USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hökumətdən işsizlərlə bağlı yeni qərar

30.07.2019 Sosial
0 0
Baş Nazir Novruz Məmmədov "İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nı təsdiq edib.

"Kommersant.az" xəbər verir ki, qaydalar "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə” Prezidentin müfaviq Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Baş nazir həmçinin "İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarını ləğv edib.

Bu Qərarda dəyişikliklər Prezidentin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.