USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni təyin olunan universitet rektoru kimdir? - DOSYE

31.07.2019 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, biraz əvvəl Prezident İlham Əliyev Mingəçevir Dövlət Universitetinə yeni rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.

"Kommersant.az" yeni rektorun kimliyini araşdırıb. Məlum olub ki, Şahin Bayramov bu təyinata kimi Təhsil Nazirliyinə çalışıb.

O, 2012-ci ildə "Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın iqtisadi məkanına inteqrasiyası problemləri" mövzusunda dissertasiyanı müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2015-ci ilin sonunda ABŞ-ın Nyu York şəhərində "İcraçılar üçün Qabaqcıl Liderlik Proqramı"nda (Advanced Executive Leadership Program) iştirak edib. Üç gün davam edən intensiv seminarlarda liderlik keyfiyyətləri, vizion, missiya və məqsədlərin müəyyən edilməsi, strateji qərarların qəbulu, heyətin və risklərin idarə olunması, kommunikasiya və danışıqlar aparılması bacarıqları, böhran şəraitində idarəetmə və digər mövzularda praktiki təlimlər keçirilib. Tədbirə Avropa kontinentindən qoşulan yeganə nümayəndə Ş.Bayramov Seminarda aktiv iştirak edib.

2016-cı ilin fevralında ABŞ-ın Mayami şəhərində Şimali Amerika regionu üzrə İkinci Beynəlxalq Universitetlər Şəbəkəsi Konfransında (International Universities Networking Conference – IUNC North America 2016) iştirak edib. Üç gün davam edən konfransda "Effektiv əməkdaşlığın yaradılması: ali təhsilin beynəlmiləlləşməsi və universitetlər üçün qlobal çağırışlar" (Creating efficient partnerships: internationalization of higher education and global challenges for universities) mövzusunda təqdimatla çıxış edib. Tədbir çərçivəsində ABŞ, Yaponiya, Braziliya, İspaniya, Fransa, İtaliya, Çexiya, Hindistan və digər ölkələri təmsil edən universitetlərin və ali təhsil agentliklərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə universitetlərarası əməkdaşlıq imkanları və UNEC-ə xarici tələbə cəlb olunması məsələləri müzakirə olunub. Sonra Florida Beynəlxalq Universitetinin kampusuna səfər edib və həmin universitetin Biznes Kollecində olub.

2016-cı ilin mayında ABŞ-ın Kornell Universitetində (Cornell University) keçirilən 2016-cı il III Beynəlmiləlləşmə Simpoziumunda (3rd Internationalization Symposium 2016) iştirak edib.

ABŞ Dövlət Departamentinin Hubert H.Humphrey Təqaüd Proqramının qalibi seçilməklə Amerikada professional inkişaf təlimlərinə qatılmaq imkanı qazanıb. Proqram çərçivəsində 11 avqust 2015-ci il – 10 iyun 2016-cı il tarixlərində ABŞ-da təhsil alaraq, proqramı uğurla başa vurub.

2017-ci ilin aprelinə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində işləyib.
2017-ci il aprelin 17-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta-ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

  • Əvvəlki

    İlham Əliyev iki universitetə rektor təyin etdi

Digər xəbərlər