USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərişığ”ın yeganə qadın rayon rəisi vəzifəsindən azad edilib

02.08.2019 Sosial
0 0
“Azərişıq” ASC-də kadr dəyişikliyi baş verib.

"Kommersant.az" xəbər verir ki, qurumun Tovuz Rayon Elektrik Şəbəkəsinin (REŞ) rəisi Kəmalə Abdullayeva tutduğu vəzifədən azad edilib.

Onun yerinə Zaur Şirəliyev təyin edilib. O, bu vaxta qədər Xəzər rayon Elektrik Şəbəkəsində aparıcı mütəxəssis olub.

K.Abdullayeva isə “Azərişığ”ın enerji satışı departamentinin abonent şöbəsində baş mütəxəssis vəzifəsinə gətirilib.

Xatırladaq ki, K.Abdullayeva “Azərişıq”da REŞ rəisi olan yeganə qadın olub.

Qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a təyinatla bağlı məlumatı təsdiq edib.