USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

3 gün metronun bütün stansiya və vaqonlarında səsləndirmələr uşaqların dilindən olacaq

31.05.2018 İqtisadiyyat
0 0
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “3 alma” uşaq klubunun təşəbbüsü və "Bakı Metropoliteni" QSC-nin dəstəyii ilə 1-3 iyun tarixlərində metronun bütün stansiya və vaqonlarında səsləndirmələr uşaqların dilindən olacaq.

Bu barədə "Kommersant.Az"a qurumun səhmdar cəmiyyətin mətbuat xidmətindən məlumat verilib.

Elanların həm Azərbaycan, həm də ingilis dilində səsləndirilməsi nəzərdə tutulur. Bakı metropoliteni tarixində ilk dəfə gerçəkləşən bu layihədə Avropa Azərbaycan məktəbinin I-III siniflərində təhsil alan 30-dan çox şagirdlə yanaşı, 2 nəfər məktəbəqədər uşaq da iştirak edib. İştirakçılar arasında Azərbaycan vətəndaşları və əcnəbilər var. Metropoliten sərnişinləri səsləndirmə zamanı balacaların nə qədər həyəcan keçirdiyini və əyləndiyini elanları dinləyərkən hiss edəcəklər. Uşaqların böyük həvəs və zövqlə iştirak etdiyi bu layihənin əsas məqsədi cəmiyyətin diqqətini balacalara yönəltmək, eyni zamanda, onlarda özünə inam və məsuliyyət hissi aşılamaq, bizim üçün nə qədər dəyərli olduqlarını bir daha hiss etdirməkdir.

  • Əvvəlki

    Baş dövlət baytarlıq müfəttişi təyin edildi

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0