USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslər təhsil haqqından azaddır

13.08.2019 Sosial
0 0
Ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqından azad olunan tələbələr kimlərdir?

"Kommersant.az" təhsil eksperti Kamran Əsədovun açqıladığı siyahını təqdim edir.

1.Məcburi köçkün statusu olan tələbələr (tələbənin özünün vəsiqəsi olmalıdır).
2. Şəhid ailəsi statusunu almış ailənin üzvü.
3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, məhkəmə tərəfindən ölmüş elan edilən və ya əlil olan vətəndaşların övladları.
4. Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar.
5. I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək olan vətəndaşlar.