USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azercell"in bəzi xidmətlərinin istifadəsində çətinliklər olacaq

24.08.2019 Sosial
0 0
“Azercell Telekom” MMC tərəfindən göstərilən xidmətlərin keyiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 26 avqust gecə saatlarında bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

“Kommersant.az” xəbər verir ki, bu barədə şirkətin abunəçilərinə müraciətində bildirilir.

Təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra bütün xidmətlərin tam normal əsaslarla fəaliyyət göstərilməsi imkanı təmin ediləcək.