USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputatların tətil müddəti sabah başa çatır

29.08.2019 Sosial
0 0
Sabah – avqustun 30-da Azərbaycan Milli Məclisinin deputatlarının tətil müddəti başa çatır.

"Kommersant.az" xəbər verir ki, sentyabrın 15-dən etibarən parlamentin komitələri fəaliyyətə başlayacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Xatırladaq ki, deputatlar iyulun 15-də tətilə çıxmışdı.