USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Facebook” kriptovalyutasında zəif cəhəti tapana 10 min dollar mükafat təyin edib

30.08.2019 Sosial
0 0
ABŞ mərkəzli sosial media nəhəngi "Facebook Inc.” 2020-ci ildə özünün "Libra” kriptovalyutasını istifadəyə verəcəyini bildirib. Sözügedən kriptovalyuta böyük beynəlxalq şirkətlər tərəfindən dəstəklənsə də, hələ də onunla bağlı qaranlıq qalan bir sıra məqamlar var.

"Libra” layihəsinin direktoru Michael Engle kriptovalyutanın blokçeyn texnologiyasında zəif cəhət tapan istənilən şəxsə 10000 ABŞ dolları məbləğində mükafat verəcəklərini açıqlayıb.

Məlumat üçün qeyd edək ki, "Facebook Inc.” 2011-ci ildən bəri layihələrində səhvləri aşkarlayanlara ümumilikdə 7.5 milyon ABŞ dolları məbləğində ödəniş edib. /BBN