USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb

31.08.2019 Sosial
0 0
Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov əmrmzalayıb.

Əmrə əsasən, təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla iki gün ərzində keçiriləcək. Plenar müşavirələr 2-6 sentyabr 2019-cu il tarixlərində təşkil ediləcək. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub.

Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-dək başa çatacaq.