USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının mərkəzində qaz təchizatında fasilə yaranacaq

02.09.2019 Sosial
0 0
Sentyabrın 2-də Bakının Səbail rayonunda saat 12:00-dan 16:00-dək bir qrup abonentin qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” İB-dən "Kommersant.az"a verilən məlumata görə, sözügedən ərazidə dövlət yoxlamasından keçirilmiş yeni qurğular əvəzlənəcək, metroloji göstəricilər təftiş olunacaq.

Bundan başqa, saat 10:00-dan etibarən işlər başa çatanadək Ağdam rayonunun bir neçə qəsəbə və kəndində qaz təchizatında dayandırmalar olacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırılmış siyirtmənin araqatının dəyişdirilməsi işləri aparılacaq.