USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda və bir sıra rayonlarda qaz kəsiləcək

06.09.2019 Sosial
0 0
Bu gün saat 09:00-dan 18:00-a qədər aşkar edilmiş qaz sızmalarının ləğvi məqsədilə Gəncə şəhərinin bir hissəsi, Göygöl və Samux rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılıb.

Bu barədə "Kommersant.az"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumatda həmçinin deyilir ki, bundan başqa saat 09:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Mərdəkan Bağlar yaşayış sahəsi, Mərdəkan yeni yaşayış massivi, “Stansiya Qala” adlanan yerdə də qaz verilişində fasilələr başlayıb. Bu zaman “Qaz İxrac” İdarəsinin “Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərinin bir hissəsi dayaqlar üzərinə qaldırılacaq.