USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Honq Konq etirazların bədəlini reytinqi ilə ödədi

06.09.2019 Dünya
0 0
“Fitch” beynəlxalq reytinq agentliyi xarici valyutada emitentin defoltunun uzunmüddətli reytinqini “AA+”-dən “AA”-ya kimi endirib. Reytinq üzrə proqnoz mənfidir.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, reytinqin aşağı salınmasının amillərindən biri “bir dövlət, iki sistem” konsepsiyasına kölgə salan, Honq Konqda bir neçə aydır davam edən etiraz aksiyalarıdır.

“Mənfi proqnoz etirazçıların bəzi tələblərinə güzəştə gedilməsinə baxmayaraq ictimai narazılıq dərəcəsinin qalacağına dair fikrimizi əks etdirir” – sənəddə deyilir.

Agentliyin proqnozuna görə, 2019-cu ilə Honq Konqda real ÜDM-nin artımı sıfır səviyyəsində olacaq ki, bu da cari ilin ikinci yarısında göstəricinin kəskin azalacağı anlamına gəlir.

Xatırladaq ki, Honq Konqda ekstradisiya haqqında qanunun müzakirələrinin səbəbindən başalayan kütləvi etirazlar iyun ayının əvvəlindən davam edir.