USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vilayət Eyvazovdan yol polisində yeni rəis təyinatı

06.09.2019 Sosial
0 0
Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

"Kommersant.az" oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Xalid Əzimov Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinin rəisi təyin edilib.

İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev təyinatı təsdiqləyib.