USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda ən çox satılan kitablar - "LİBRAFF" açıqladı

09.09.2019 Sosial
0 0
"Libraff” kitab mağazalar şəbəkəsinə yeni direktor təyin edilən Cəlalə Nəzəroğlu Azərbaycanda ən çox satılan kitabların siyahısını qeyd edib.

"Kommersant.az" xəbər verir ki, Cəlalə Nəzəroğlunun sözlərinə görə, hazırda ən çox alınan kitablar psixologiya, biznes və peşəyönümlü kitablardır.

Klassiklərin də əsərləri ilk TOP onluqda yer alır. Misal olarq Cek Londonun "Martin İden” və Süleyman Sani Axundovun "Qaraca qız” əsəri də ilk 10 luqda yer alır.

Diksiya Akdemiyasının təsisçisi və direktoru olan Cəlalə Nəzəroğlu indi akademiyanın direktorluq vəzifəsini Aytən Tahirovaya həvalə etdiyini bildirib.

"Təlimlərimə həftəsonları davam edəcəm. Diksiya təlimlərimi verməyə davam edəcəm. Azərbaycan dili ilə bağlı fəaliyyətim də öz yerində qalacaq. Dilimizin qorunması ilə bağlı layihələrimi davam etdirirəm. Asan Radiodan isə rəsmi olaraq keçən ilin sentyabr ayında ayrılmışdım. Amma ana dili layihəmiz davam edirdi. Hələki layihə tətil müddətindədir – deyə Cəlalə Nəzəroğlu bildirib.

Cəlalə Nəzəroğlunun sözlərinə gröə, Libraff biznes layihəsi olmaqla yanaşı həm də sosial layihədir.

"Biz müştərilərin rəylərini təkliflərini və iradlarını nəzərə almağa çalışacayıq. Azərbaycan dilində olmayan kitabların tərcümə olunmasına çalışacayıq. Ümumilikdə Libraff kitab mağazalarında 27 min çeşiddən çox kitab var.” – deyə kitab mağazalar şəbəkəsinin yeni direktoru bildirib.

Cəlalə Nəzəroğlunun sözlərinə görə, Libraff mağazalarının sayına görə, çox əlçatandır. İnqilis, Rus , Türk dillərində olan elə kitablar var ki, məhz Libraff da satılır. Xüsusən də rus dilli təbəqənin ən çox müraciət etdiyi yer Libraff şəbəkəsi olduğu bildirildi. Həmçinin adı çəkilən kitab mağazasının müştərilərinin əksər hissəsini də elə rus dilli əhali olduğu bildirildi.

Ən çox satılan kitablar barədə isə aşağıdakı siyahıdan tanış olmaq olar

Elxan Elatlı - Qanbay Qasımlının xəfiyyələri

Elxan Elatlı - Eksperiment

Elxan Elatlı – Ön dördüncü adam

Varis – Uzaqdan gələn yağış

B.A. PARIS – Bağlı Qapılar Arxasında

Luiza Hey – Sən Həyatını Yaxşıplaşdır

Çingiz Aytmatov - Qırmızı yaylıqlı qovağım menim

Elxan Elatlı - Xeste ruhlar

Qaraqan - Art ve Xaos

Vulf Dorn - Oyunbaz

Cek London - Martin İden

Ehmed Bey Ağaoğlu – Xatirələr

Elxan Elatlı – Dilənçi qadının sirri

B. Bagirzade - Baku

Nadir Adilov – Gəncsən? Başla

Elxan Elatlı – Qanunsuz əməliyyat

Coşqun Kərimov - KVAN

Cey Eşer - 13 Səbəb

Elxan Elatlı – Mhəbbətin gizli kodu

Məmməd Rəsulzadə – Məktublar Şəfibə