USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabunçu və Şəmkir rayonlarında qazın verilişində fasilələr olacaq

10.09.2019 Sosial
0 0
Sentyabrın 10-da saat 12:00-dan etibarən “Zabrat-əhali” orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İB-dən verilən məlumata əsasən, gün ərzində “Zabrat-2”, Bilgəh qəsəbələri, eləcə də Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qazın verilişində qısamüddətli fasilələr müşahidə olunacaq.