USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gəncə və Ağstafada qaz təchizatı dayandırılıb

27.09.2019 Sosial
0 0
Gəncə və Ağstafanın bəzi ərazilərində qaz təchizatı dayandırılıb.

“Azəriqaz”dan verilən məlumata görə, sentyabrın 27-də səhər saat 09:00-dan etibarən işlər başa çatanadək yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.

Saat 09:30-dan etibarən isə aşkar olunmuş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işlərinin aparılması ilə bağlı Ağstafa rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində qaz fasilələrlə veriləcək.

Saat 12:00-dan isə Nizami rayonu, Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində qaz təchizatı dayandırılacaq. Bu zaman “8-ci km Əsas” orta təzyiqli qaz xəttində bir sıra mövsümi işlər görüləcək.