USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İki telekanalın reklam hüquqları alındı

30.09.2019 Sosial
0 0
ATV və ARB-nin kommersiya fəaliyyətində dəyişiklik baş verib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, səbəbi açıqlanmadan, efirlərində yayımladıqları reklamların satış hüquqları adları qeyd edilən kanallardan alınaraq başka bir şirkətə verilib.

Bununla bağlı artıq reklamçıların məlumatlandırıldığı bildirilir.

Məsələ ilə bağlı faktı ATV və ARB-nın reklam rəhbəri İsmayıl Həsənov təsdiqləyib. İsmayıl Həsənov Qaynarinfo-ya açıqlamasında yaxın günlərdə hər iki telekanalın məsələ ilə bağlı geniş məlumat verəcəyini bildirib.