USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyada riskli investisiya qoyuluşları 1 trilyon dollara yaxınlaşıb

30.09.2019 Dünya
0 0
Son 5 ildə dünyada riskli investisiya qoyuluşları (vençur kapitalı) 2 dəfə artaraq ötən ilin sonuna 856 milyard ABŞ dolları təşkil edib.

"Kommersant.az" xəbər verir ki, ekspertlər tezliklə sözügedən rəqəmin 1 trilyon dolları keçəcəyini gözləyirlər.

Hazırda vençur kapital üzrə ən böyük bazar ABŞ-dadır.

Bununla yanaşı, Asiya ölkələri, o cümlədən Çin də riskli investisiya məsələsində aktivdir. On qlobal riskli investisiya fondundan 3-ü Çində yerləşir. (EkoNews)