USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zərgərpalan küçəsi açıldı

03.10.2019 Sosial
0 1
Yasamal rayonu, Zərgərpalan küçəsində aparılan təmir işləri yekunlaşıb.

"Kommersant.az" Yenisabah-a istinadla xəbər verir ki, təmir işləri küçənin 750 metrlik hissəsini əhatə edib. Hərəkət hissəsinin eni ortalama 6 metr olan küçə boyu aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri bərpa olunub.

Yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Asfaltlanma işləri ümumilikdə 5 min kv.m-ə yaxın sahəni əhatə edib.