USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gələn ildən müəllimlərin sertifikasiyası keçiriləcək

17.10.2019 Sosial
0 0
"Azərbaycanda 2020-ci ildən etibarən müəllimlərin mərhələli şəkildə sertifikasiyası məsələsinə başlanılacaq".

"Kommersant.az" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə "Təhsil haqqında" qanunda məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi nəzərdə tutulub: "Sertifikasiya prosesinə başlanması üçün hökumət tərəfindən sertifikasiyanın hansı prinsip və ardıcılıqla keçirilməsi, sertifikaya zamanı qiymətləndirilmənin aparılması və digər məsələləri özündə əks etdirən sənəd təsdiq edilməlidir. Yalnız bundan sonra müəllimlərin sertifikasiyası keçirilə bilər".