USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səhiyyə xidmətində kilinik protokollar tətbiq ediləcək - ƏMR

19.10.2019 Sosial
0 0
Səhiyyə naziri Oqtay Şirəliyev ilkin səhiyyə xidmətində kilinik protokolların tətbiqi barədə əmr imzalayıb.

"Kommersant.az" xəbər verir ki, əmrə əsasən, bu barədə Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırıq, Səhiyyə Nazirliyinin tabeliyində olmayan tibb müəssisələrinin rəhbərlərinə tövsiyə verilib.

Beləliklə, Finlandiyanın Tibb Cəmiyyətinin “Duodecim Publications” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kilinik protokollar ilkin səhiyyə xidmətləri göstərən tibb müəssisələrində 2019-cu il noyabrın 1-dən tətbiq ediləcək.