USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu rayonlarda qaz kəsiləcək

22.10.2019 Sosial
0 0
Bu gün Bərdə və Tərtərdə bir qrup abonentin qaz təchizatında fasilələr yaranacaq.

“Azəriqaz” İB-dən verilən məlumata görə, oktyabrın 22-də saat 10:00-dan “Qaz İxrac” İdarəsi “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 43-cü km-də yerüstü kanal keçidində aşkar olunmuş qaz sızmalarının ləğvi işlərinə start verir. Bərdə və Tərtər rayonlarının bir qrup abonenti bu müddətdə qazı fasilələrlə alacaq.