USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu rayonda qaz kəsiləcək

28.10.2019 Sosial
0 0
Bu gün Samux rayonunun iki yaşayış məntəqəsində qaz təchizatında fasilələr olacaq.

"Azəriqaz" İB-dən verilən məlumata görə, oktyabrın 28-də səhər saat 10:00-dan təmir işləri başa çatanadək Samux rayonunun iki yaşayış məntəqəsində qaz təchizatında fasilələr olacaq. Bu zaman Samux rayonu ərazisində yerləşən “Alabaşlı” ölçü qovşağının çıxışında quraşdırılmış kollektorda aşkar olunmuş qaz sızmalarının ləğvi işləri aparılacaq.