USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Noyabr ayının qeyri-iş günləri

01.11.2019 Sosial
0 0
Noyabr ayında qeyri-iş günləri açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü qeyri-iş günüdür.

Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti həftənin ilk günü, yəni 11 noyabr tarixi də qeyri-iş günü olacaq.

Beləliklə, şənbə günü də nəzərə alınarsa, ardıcıl olaraq noyabrın 9-u (şənbə), 10-u (bazar) və 11-i (bazar ertəsi) ölkədə qeyri-iş günüdür.