USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda "Microsoft"a yeni rəhbər təyin edilib

07.11.2019 Sosial
0 0
"Microsoft Azerbaijan" şirkətinə yeni baş menecer təyin edilib.

"Kommersant.az" xəbər verir ki, Qaçay Mirzəyev "Microsoft Azerbaijan"da yeni baş menecer vəzifəsinə təyin edilib. O, bu vəzifədə Sərxan Həşimovu əvəz edib. Q. Mirzəyev eyni zamanda şirkətdə bulud infrastrukturu həlləri üzrə ekspert qismində də fəaliyyət göstərəcək.

Q. Mirzəyev bu xəbəri təsdiqləyib və açıqlamasında bildirib ki, şirkətin strategiyasında heç bir dəyişiklik edilməyib.

"Biz hər zaman olduğu kimi, bu strategiya çərçivəsində dövlət strukturları ilə əməkdaşlıq, o cümlədən Azərbaycana "Microsoft"un qlobal təcrübəsinin gətirilməsi, rəqəmsal keçiddə ölkəyə dəstək verilməsi və bulud həllərini yerli şirkətlərə təqdim etməklə onların xərclərinin optimallaşdırılmasını davam etdirəcəyik", - deyə Q. Mirzəyev qeyd edib.

Qeyd edək ki, Q. Mirzəyev bundan öncə "Microsoft"un MDB regionunda strateji texnologiyalar üzrə meneceri vəzifəsində çalışıb. (Apa.Az)