Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə - TƏYİNAT

19.11.2019 Sosial
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.

Bu vəzifəyə jurnalist İbrahim Məmmədov təyin edilib.

Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin sözçüsü Ayaz Mirzəyev işindən ayrılıb. Bu barədə A. Mirzəyev özü məlumat yayıb.

O bildirib ki, bu gündən etibarən Nazirlər Kabineti Aparatında mətbuat xidməti vəzifəsini icra etmir: “Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm”.