USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Yeni il hədiyyələri alır

21.11.2019 Sosial
0 0
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Yeni il bayramı münasibətilə hədiyyə səbətlərinin satın alınması üçün açıq müsabiqə elan edir.

"Kommersant.az" xəbər verir ki, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtlərində göstərilən) (qiymət təklifi istisna olmaqla) 26 noyabr 2019-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 03 dekabr 2019-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərflər 04 dekabr 2019-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Əlaqə telefonları: 498-91-84; 599-00-03 (1401). (Trend.Az)