Nazir iki nəfəri işdən çıxardı - Yeni təyinat

14.01.2020 Sosial
Səhiyyə naziri Oqtay Şirəliyev kadr islahatları həyata keçirib.

"Kommersant.az" xəbər verir ki, nazirin əmrinə görə, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Səhiyyə Nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.