USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir bu şəhərdə qəbul keçirəcək

27.02.2020 İqtisadiyyat
0 0
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2020-ci il fevral ayının 28-də Şirvan şəhər Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kommersant.az"-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

  • Əvvəlki

    Ekspertdən növbəti devalvasiya anonsu - “QAÇILMAZDIR…”

Digər xəbərlər