USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda küçəyə çıxması yasaqlanan insanların sayı - RƏSMİ

24.03.2020 İqtisadiyyat
0 0
“Hazırda Azərbaycanda ahıl insanların sayı 720 min nəfərdir”.

"Kommersant.az" bildirir ki, bunu modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, ahıl dedikdə 70 yaş və onun üzəri əhali nəzərdə tutulur:
"Amma məlum olduğu kimi, karantin dövründə 65 yaşdan yuxarı vətəndaşlara xidmət göstəriləcək.

Hazırda 65-70 yaş arası tənha yaşayanların ayrıca qeydiyyatı yoxdur. Bu səbəbdən də 24 martdan etibarən 65 yaşdan yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - Çağrı Mərkəzinə zəng edərək, qeydiyyata alınmalıdırlar".

Şöbə müdiri qeyd edib ki, ümumilikdə 9500 tənha ahıla və əlilliyi olan şəxsə sosial xidmətlər göstərilir.

  • Əvvəlki

    “Bakı Metropoliteni”ndən koronavirusla bağlı əhaliyə müraciət

Digər xəbərlər