USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DİN Biləcəridə küçədə ölən şəxslə bağlı açıqlama yaydı - VİDEO

25.03.2020 İqtisadiyyat
0 0
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə küçədə ölən şəxslə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

"Kommersant.az" xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Apa-ya bildirilib ki, bu gün Biləcəri qəsəbəsi ərazisində dayanacaqda bir nəfərin halı qəfildən pisləşib. Ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq o dünyasını dəyişib.

Araşdırmalar nəticəsində dünyasını dəyişən şəxsin ağır şəkər xəstəsi olduğu, ürək çatışmazlığından əziyyət çəkdiyi və onun ölümünə də bu xəstəliklərin səbəb olduğu müəyyən edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Biləcəri qəsəbəsi ərazisində küçədə ölən şəxsin xüsusi geyimli şəxslər tərəfindən meyitinin aparılmasını əks etdirən görüntülər yayılıb.