TƏBİB məlumat yaydı - SON DƏQİQƏ

23.05.2020 Sosial
Bu gün Azərbaycanda 5912 koronavirus testi keçirilib.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 265 067 test həyata keçirilib.

Reanimasiyada olan xəstə sayı 55, süni tənəffüs cihazında olan xəstə sayı 9-dur.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 3982, virusdan ölənlər 49, sağalan xəstə sayı 2506, aktiv xəstələrin sayı isə 1427 nəfərdir.

VTB