USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əminə Ağazadə: "Vəziyyət kifayət qədər təhlükəlidir"

26.05.2020 İqtisadiyyat
0 0
"Son günlər rayonumuzda koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyət məni ciddi narahat edir. Vəziyyət kifayət qədər təhlükəlidir, təxirəsalınmaz, qabaqlayıcı tədbirlər görülməlidir".

"Kommersant.az" xəbər verir ki, bunu Kürdəmirin deputatı Əminə Ağazadə deyib.

Deputat bildirib ki, Kürdəmir Rayon İcra Hakimiyyəti, müvafiq qurumlar pandemiyanın qarşısının alınması tədbirləri çərçivəsində virusun aşkarlandığı ərzilərdə xüsusi karantin rejiminin tətbiqinə başlayıb, ərazilərin dezinfeksiyası, orada yaşayan əhalinin təcrid edilməsi və sair kimi tədbirlər görülüb:

"Ümid edək ki, operativ qaydada görülən tədbirlər öz nəticəsini verəcəkdir. Bu gün hər bir vətəndaş bilməlidir ki, ölkədə aparılan koronovirusla mübarizə tədbirləri bizim sağlamlığımızın qorunmasına, əhalinin, bütövlükdə ölkəmizin təhlükəsizliyinə xidmət edir. Gözə görünməyən bu düşmənlə mübarizədə bizim iradəmizdən, məsuliyyətimizdən çox şey asılıdır. Sizlərdən bir daha diqqətli olmanızı, bu çətin günlərdə ailələrinizin, doğmalarınızın təhlükəsizliyini hər şeydən üstün tutmanızı xahiş edirəm", - deyə Ə.Ağazadə seçicilərinə çağırış edib. (azvision.az)

  • Əvvəlki

    Neft bazarında tərəddüdlərin əsas səbəbkarları tapıldı

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0