USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra başçısı iki məmurla bağlı prokurorluğa müraciət etdi

05.06.2020 İqtisadiyyat
0 0
Quba Rayonunda iki vəzifəli şəxs işdən azad edilib.

"Kommersant.az"-ın məlumatına görə, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin tapşırığına əsasən, rayonun Zərdabi və Talaqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində "DOST-İş" MMC xəttilə aztəminatlı vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması sahəsində şəffaflıq və ədalətlilik prinsiplərinə əməl olunması vəziyyəti yoxlanılıb.

Aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb.

Hər iki icra nümayəndəsi tərəfindən ödəmə kartlarının mənimsənilməsi, yaxın qohumlarının ödənişli ictimai işlərə cəlb olunması və digər hallar müəyyən olunub.

Zərdabi İƏD üzrə nümayəndə Nəcəfov Ramin Rasif oğlu və Talaqışlaq İƏD üzrə nümayəndə Heybətov Şahin Nizam oğlu tutduqları vəzifədən azad ediliblər.

Onların əməllərinə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına müraciət olunub.

Məlumatı Quba Rayon İcra Hakimiyyətindən təsdiq ediblər.

  • Əvvəlki

    Ərzaq dükanları bir anda niyə boşalıb? - Ekspert

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0