USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bazar ertəsi ölkədə vəziyyət necə olacaq?

05.06.2020 İqtisadiyyat
0 0
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejimi tətbiq edilir.

"Kommersant.az" xəbər verir ki, bu ərazilərdə yaşayan sakinlərə yaşadıqları və ya olduqları yeri tərk etmək qadağan edilir. Bu barədə Baş nazir Əli Əsədov qərar verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, "evdən yalnız iki halda - şəxsin həyatına real təhlükə yaranarsa və ya yaxın qohumun dəfninə getmək üçün" çıxmaq olar.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu təcrid bazar ertəsi səhər saat 6-ya kimi qüvvədədir. Ancaq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda karantin rejimi qüvvədə olduğu üçün maska taxmaq zəruridir.

O cümlədən, hələlik, karantin rejiminə son verilmədiyi üçün həmin məhdudiyyətlər və kafe-restoranların axşam saat 10-dək işləməsi qüvvədə qalır.

Həftəsonu ictimai nəqliyyat işləməyəcək, o cümlədən fərdi avtomobillərdən də istidafəyə icazə verilməyəcək.

İbrahim Məmmədovun sözlərinə görə, "sərt karantin rejimində işləmək icazəsi olan şəxslər xidməti avtomobildən istifadə etməlidirlər".

  • Əvvəlki

    Market və ticarət obyektləri bu saata qədər işləyə bilər - RƏSMİ

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0