Yoluxmanın sayı azalmasa, sərt karantin rejimi daha 10 gün uzadıla bilərmi?
"Kommersant.az" xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, iyulun 20-nə hələ 10 gün qalır:
"10 gün müddətində yoluxanların, sağalanların sayı və xəstəliyin yayılma sürəti analiz edildikdən sonra qərar qəbul ediləcək. Yoluxmanın sayı 500-dən yuxarı olsa da sağalanların sayı artıb. Dünən 465 nəfər sağalaraq evə buraxılıb.
Başqa formada karantin qaydalarını gücləndirməklə iyulun 20-dən sonra müəyyən yumşaldılmalara gedilə və ya olduğu kimi saxlanıla bilər. Bunu indidən demək çətindir. Hər şey insanlarımızın qoyulan qaydalara nə dərəcə riayət etməsindən asılı olacaq".