Məhərrəm ayı nə vaxt başlayır? - QMİ açıqladı

06.08.2020 Sosial
Bu il Azərbaycanda Məhərrəm ayı avqustun 21-də başlayacaq.

"Kommersant.az" xəbər verir ki, bu haqda Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Aşura günü isə avqustun 30-na təsadüf edəcək.

Onu da qeyd edək ki, Səfər ayı sentyabrın 19-da başlayacaq, 17 oktyabrda başa çatacaq.