USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“İnci Group of Companies”dən Milli Qurtuluş Gününə özəl veloyürüyüş

18.06.2018 İqtisadiyyat
0 0
Ulu Öndər Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı müstəqilliyini yenicə bərpa etmiş respublikamızı məhv olmaq fəlakətindən xilas etdi və xalqımızın tarixinə Milli Qurtuluş günü kimi əbədi həkk olundu.

Ümummilli Liderimiz Vətən və xalq naminə çox ağır və məsuliyyətli missiyanı öhdəsinə götürərək bu yolda hər bir azərbaycanlı üçün örnək ola biləcək fədakarlıq nümunələri göstərdi.

Ulu öndərimiz həmişə qeyd edirdi ki, biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin.

"Inci Group of Company", "Ofisait" mağazalar şəbəkəsi və "Fonte" velosipedlərinin dəstəyi ilə 16 İyun veloyürüyüş keçirmişdir. Yürüyüşdə "Inci Group of Company"nin, "Ofisait" mağazalar şəbəkəsinin əməkdaşları, eyni zamanda bir sıra incəsənət nümayəndələri də iştirak etmişdir. Veloyürüş Ağ şəhər bulvarında həyata keçirilib və uğurla baş vuran iştirakçılara hədiyyələr təqdim olunmuşdur.

Qeyd edək ki, "Inci Group of Company" LLC fəaliyyətə 1995-ci ildə satış şirkəti kimi başlayıb. "Ofisait" şirkətinin brendləri olan "OYAL", "ASSİS", "QUİCKS", "Cassa", "SilSil", "Boltexno", "FRAUZEN", "HANSBUR", "Samuray", "Zyklen" və digər tanınmış brendlərin dəftərxana, ofis və məktəb ləvazimatları, həmçinin mətbəx və ev əşyaları, elektron əşyalar, idman məhsulları, uşaq oyuncaqları, kitabları və digər məhsulları sərfəli qiymətlərlə əldə edə bilərlər.

Şirkətin məhsullarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan "Ofisait" mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündür.

  • Əvvəlki

    Dollar və Yen bahalaşır, Avro ucuzlaşır

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0