USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BDU-da "Müasir Azərbaycan dili" fənni ləğv edilib? - AÇIQLAMA

15.09.2020 İqtisadiyyat
0 0
“Son dövrlər Azərbaycanda rusdilli məktəblərin və ali təhsil ocaqlarının sayının çoxalması ilə bağlı problemlər ciddi xarakter aldığından bir daha bu məsələyə qayıtmaqla hakimiyyət rəsmilərinin diqqətini cəlb etmək istəyirəm. Bir daha təkrar edirəm, bilərəkdən, yaxud bilməyərəkdən bəziləri bu problemi xarici, o cümlədən rus dilini öyrənmək polemikası kimi təqdim etmək istəyirlər. Bildirim ki, azərbaycan, rus dili problemini qaldıranlardan heç kim xarici dilləri öyrənməyin əleyhinə deyil”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov hesab edir ki, əlavə hər bir xarici dilin öyrənilməsi əlavə ali təhsil ocağı bitirmək qədər faydalıdır: "Yerləşdiyimiz coğrafi regionu nəzərə alaraq rus dilini bilmək vacibdir. Əlavə olaraq dünyaya açılmaq üçün ingilis, fransız, ispan, alman və çin dillərinin də tədrisinə diqqət ayrılmalıdır. Son günlər müzakirə olunan məsələdə isə söhbət Dövlət hesabına, əsasən Rusiya tədris planı üzrə fəaliyyət göstərən rus dilli orta və ali məktəblərin mövcudluğundan gedir. Özü də bu o vaxtlar baş verir ki, Azərbaycanda yaşayan, buranın vətəndaşı olan, Azərbaycanı özünə Vətən sayıb onun uğrunda qurban verən yerli xalqların (talış, ləzgi, kürd, tat və s.) öz dillərində məktəbləri demirəm, heç həmin dillərin tədris saatları belə yoxdur. Belə bir vəziyyətdə Azərbaycanda fəaliyyət göstərən rus məktəblərinin və ali təhsil ocaqlarının təyinatı yenidən ciddi yoxlanılmalı və konkret tədbirlər görülməlidir. Bu günlərdə öyrəndiyim acınacaqlı bir faktı da Sizinlə bölüşməyə bilmirəm. Rus dilinin belə geniş vüsat almasının azərbaycan dili hesabına baş verməsi də istisna deyil. Ən azından maliyyə baxımından bu belədir. Əgər o cür olmasa 2020-2021-ci tədris illəri üçün Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində "Müasir Azərbaycan dili" fənni ləğv edilməzdi. Bu, artıq ana dilimizə qarşı açıq-aşkar düşmənçilikdir. Halbuki, məhz bu fənn dərslikləri rəhmətlik Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1970-80-ci illərdə Dövlət mükafatına layiq görülmüşdür. Bundan başqa Azərbaycan Respublikası Prezidenti İlham Əliyev də Azərbaycan dilinin inkişafı ilə bağlı dəfələrlə çıxışlarında qeyd etmiş və bu barədə sərəncamlar imzalamışdır. Ən acınacaqlısı da odur ki, bu qədər ciddi problemi bu günə qədər özlərini Azərbaycan jurnalistikasının "başqan"ları adlanıranlar dillərinə belə gətirməyiblər. Görünür bu "başqan"ların başları əvvəllər ağalarının göstərişlərinə əsasən şər-böhtan yaymağa, indi isə yeni ağalar axtarışına qarışıb".