USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

IPChain assosiasiyası Azərbaycanda şəbəkəsini genişləndirir

19.06.2018 İqtisadiyyat
0 0
IPChain assosiasiyası (Əqli Mülkiyyəti Obyektləri və Hüquqları ilə Tranzaksiyaların Milli Koordinasiya Emal Mərkəzi) Azərbaycandakı tərəfdaşları ilə əməkdaşlığa başlayır.

"Kommersant"ın Trend-ə istinadən verdiyi məlumata əsasən, bunu assosiasiyanın rəqəmsal texnologiyalarının direktoru Artyom Tovbin deyib.

Tovbin bildirib: "Avrasiya Hüquq Sahibləri Cəmiyyətlərinin Konfederasiyası ilə əməkdaşlıq çərçivəsində IPChain assosiasiyası müxtəlif ölkələrdə şəbəkə düyünləri açır. Biz gələcək haqqında xəyal etmirik, biz onu artıq qururuq: şəbəkə düyünləri Azərbaycan, Ermənistan, Qazaxıstan və Qırğızıstanda təşkil olunur".

Qeyd edək ki, bu kimi rəqəmsal şəbəkə əqli mülkiyyət obyektlərinin hərəkətinin nəinki ölkə ərazisində, həmçinin onun kənarlarında da izləməyə imkan verəcək.

  • Əvvəlki

    Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb

Digər xəbərlər