USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Regionlarda sosial, iqtisadi inkişafın yeni dövrü

23.11.2020 Sosial
0 0
Azərbaycan Sahibkarlar Konfederasiyasının region nümayəndələrinin iştirakı ilə “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində “Regionlarda sosial, iqtisadi inkişafın yeni dövrü” mövzusunda onlayn formatda görüş təşkil edib.

"Kommersant.az" xəbər verir ki,sözügedən görüşdə ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Dövlət Məşğulluq Xidməti Agentliyinin Aktiv məşğulluq departamentinin şöbə müdiri Fərid Həsənov və ASK-nın Region nümayəndələri iştirak etmişdir.

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov “KOB İnkişaf mərkəzinin” təqdimatı ilə çıxış etmişdir.

“Biznesin inkişafı üçün maliyyəyə çıxış imkanları” mövzusunda Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov təqdimatla çıxış edib.

“Özünüməşğulluq proqramı” nın təqdimatı Dövlət Məşğulluq Xidməti Agentliyinin Aktiv məşğulluq departamentinin şöbə müdiri Fərid Həsənov tərəfindən keçirilib.