USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir: "Ali məktəblərə qəbulda iki dəyişiklik nəzərdə tutulub"

21.06.2018 İqtisadiyyat
0 0
Ali təhsil müəssisələrinə qəbul üzrə əsasən 2 dəyişiklik nəzərdə tutulur".

Bunu təhsil naziri Ceyhun Bayramov Nazirliyin hesabat tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır.

C. Bayramov yeni qəbul modelinin üstünlüklərini də açıqlayıb. Nazir qeyd edib ki, buraxılış imtahanlarının nəticələri ali məktəbə qəbulda nəzərə alınacaq, məzunlar daha az sayda fəndən imtahan verəcəklər, imtahan fənlərinin sayı 5-dən 3-ə düşəcək.

APA

  • Əvvəlki

    Müəllimlərin 23,5 faizi 300 manata qədər maaş alır

Digər xəbərlər