USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində vakant yerlərə müsabiqə elan edilib

26.06.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-in mətbuat xidmətindən "Kommersant"a bildiriblər ki, respublikanın Şəki və İmişli "ASAN xidmət" mərkəzlərində ümumilikdə 36 (Şəki "ASAN xidmət" mərkəzi 18, İmişli "ASAN xidmət" mərkəzi 18) vakant yer tutmaq məqsədilə keçirilən müsabiqədə orta, xüsusi orta və ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 25-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşayış yeri üzrə Şəki, Oğuz, Qax, İmişli, Saatlı və Beyləqan rayonlarında daimi qeydiyyatda olan qadın vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqədə ali təhsillilərə, kompüterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.

Müsabiqənin qalibləri müvafiq xüsusi rütbə verilməklə DİN-in kadrları tərkibinə daxil ediləcək. Onların qanunvericilikdə müəyyənləşdirilən qaydada daxili işlər orqanları əməkdaşlarına şamil edilən imtiyazlardan istifadə hüququ olacaq.

Xidmətə qəbul olunmaq istəyən şəxslər 2018-ci il iyunun 27-dən iyulun 27-dək iş günlərində saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Bakı şəhəri, R.Behbudov küçəsi 130 ünvanında yerləşən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini və əmək kitabçasını (olanlar üçün) təqdim etməlidirlər.

Əlavə məlumat üçün əlaqə telefonu (012) 590-64-41 və (012) 590-64-31 (312, daxili).

  • Əvvəlki

    Füzulidə 20 hektar biçilmiş taxıl sahəsi yanıb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0