USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZAL kimi şirkət dövlətdən dotasiya almamalıdır - AÇIQLAMA

02.06.2021 Sosial
0 0
"Ölkədə hava sərnişin daşımasının 97 faizi AZAL-ın nəzarətindədir. Qiymətləri də bahadır, buna baxmayaraq, ziyanla işləyir və dövlətdən dotasiya alır”.

"Kommersant.az" xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, pandemiya dövründə AZAL uçuşların dayandırıldığını, maaşların verilməsi və kredit ödənişlərinin vaxtında ödənilməsinə vəsaitin olmamasını əsas gətirməklə dövlət büdcəsinə müraciət edib və müsbət cavab alıb.

İqtisadçı hesab edir ki, bu, qurumun idarə olunmasındakı problemlərdən qaynaqlanır və çıxış yolu AZAL-ın qismən də olsa özəlləşdirilməsidir:

"AZAL dövlətin nəzarətində qalmaqla şirkətlərə uzun müddətə idarəetməyə verilməlidir. AZAL kimi şirkət dövlətdən dotasiya almamalıdır. İdarəetmədə yeniliyin olması üçün AZAL rəhbərliyi də dəyişdirilməlidir. AZAL-ın öhdəlikləri çox olduğundan dövlət büdcəsinə tez-tez müraciət etməyi özünə borc bilir. Qurumda çalışan işçilərə əmək haqqı ödəməkdə problemin yaranmaması, sosial gərginlikdən qaçmaq üçün onlar büdcədən əlavə dotasiyalar almaqda maraqlıdırlar”.