USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təbiətə 2500 manatdan çox ziyan vurdu

02.06.2021 İqtisadiyyat
0 0
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

"Kommersant.az"ın məlumatına görə, Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qəsəbə ərazisində Gülçiçək Mirzəyevanın istifadəsinə verilmiş torpaq sahəsində tikinti işləri zamanı 2 qovaq ağacının kəsildiyi və təbiətə 2580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Suraxanı Rayon Prokurorluğuna göndərilib.