USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

11.06.2021 Sosial
0 0
Əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar ikinci oxunuşda təsdiq edilib.

"Kommersant.az"ın Trend.az-a istinadən verdiyi məlumata görə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib. Yeni qaydalar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.