USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident şəhid jurnalistlərlə bağlı sərəncam imzaladı

14.06.2021 Sosial
0 0
Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu yerinə yetirərkən şəhid olan jurnalistlər 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

“Kommersant.az” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş aşağıdakı şəxslər 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin:

Abışov Sirac Abış oğlu,

Əliyev Arif Ağalar oğlu,

İbrahimov Məhərrəm Əli oğlu”.