USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyanın “CureVac” peyvəndi 50% hallarda effektsiz olub

17.06.2021 Sosial
0 0
Almaniyanın “CureVac” şirkəti tərəfindən hazırlanmış peyvənd 50% hallarda təsirsiz olub. Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin saytındakı mesajda deyilir.

Qeyd edilir ki, göstərilən nəticə “statik uğur meyarları”na cavab vermir. “Peyvənd COVID-19 virusuna qarşı 47% effektivlik göstərib”, – bəyanatda bildirilir. Şirkət tədqiqatın 40 min könüllü üzərində aparıldığını əlavə edib.

“CureVac” – əsasən Almaniyada fəaliyyət göstərən və Avropa İnvestisiya Bankı ilə 75 milyon avroluq kredit müqaviləsini bağlayan Avropa şirkətidir. Noyabr ayında şirkət tədqiqatın ilk mərhələsinin uğurlu nəticələrini açıqlayıb.

Bundan sonra Avropa Komissiyası “CureVac” ilə müqavilə imzalayıb. İlkin mərhələdə 225 milyon doza, sonra isə 180 milyon doza almaq planlaşdırılıb. Dekabr ayının sonunda “CureVac” peyvəndinin üçüncü sınaq mərhələsi başlayıb. Xatırladaq ki, bu tədqiqatda 35 mindən çox insan iştirak edib.