USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar sürətlə bahalaşır - qızıl isə ucuzlaşır

17.06.2021 İqtisadiyyat
0 0
ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FED) növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlaması dünya bazarında ABŞ dollarının möhkəmlənməsinə gətirib çıxarıb.

"Kommersant.az" Report.az-a istinadən xəbər verir ki, bu məlumatın açıqlanmasından sonra dollar dünyanın digər valyutaları ilə müqayisədə möhkəmlənməyə başlayıb.

Belə ki, avronun ABŞ dollarına qarşı məzənnəsi 1,2124 USD/EUR səviyyəsindən 1,2043 USD/EUR-a kimi geriləyib. Dollar Yaponiya yeninə qarşı möhkəmlənib və 110,07 yenə çatıb.

COMEX-də qızılın bir unsiyasının qiyməti isə 1,02 % azalıb və 1837,6 ABŞ dolları olub.

  • Əvvəlki

    Daha bir neçə ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verildi - Operativ Qərargah

Digər xəbərlər

05.11.2024 İqtisadiyyat
Cənubi Koreyada inflyasiya yavaşlayıb
0 0
05.11.2024 İqtisadiyyat
Fransanın sənaye istehsalı azalıb
0 0