USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan yenidən ərəb turistlərə qapılarını açır

07.07.2021 Sosial
0 0
İyulun 11-dən etibarən “Air Arabia” aşağıbüdcəli aviasiya şirkəti Birləşmiş Ərəb Əmirliklərinın Şarja şəhərindən Bakıya və əks istiqamətdə uçuşları bərpa edir.

“Kommersant.az” xəbər verir ki, Həftənin dörd günü Şarjadan Bakıya və əks istiqamətdə uçuşlar həyata keçiriləcək. “Air Arabia” müştəri cəlb etmək üçün pulsuz COVİD-19 sığortası təqdim edilir.

Qeyd edək ki, Dünyada ən varlı və daha çox pul xərcləməyə meylli qonaqlar hesab olunan ərəb turistlərin Azərbaycana axını 2015-ci ildən etibarən başlayıb. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayında 2015-2017-ci illərdə 5 dəfəyə yaxın artım qeydə alınıb. 2018-ci ildən etibarən isə gələn turist sayında azalma başlayıb.

Lakin ərəblər qayda-qanunlarla daha az hesablaşan, bir çox hallarda ətraf mühitə, ekologiyaya zərər vurmaqdan çəkinməyən turistlər kimi tanınırlar. Elə Azərbaycanın özündə ərəb turistlərin nəsli kəsilməkdə olan nadir heyvan və quşları ovlamalarına dair dəfələrlə faktlar yayılıb. Bu baxımdan Azərbaycan vətəndaşlarında ərəb turistlər barədə rəylər birmənalı deyil.

© Banker